Riçard L. Morninqstar Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfiridir. Səfir Morninqstar Prezident Obama tərəfindən bu vəzifəyə təyin olunduqdan sonra 20 iyul 2012-ci ildə dövlət katibi Klinton qarşısında and içmişdir. O, bu təyinatdan əvvəl 2009-cu ilin aprel ayından dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi olmuşdur. Səfir Morninqstar bundan əvvəl Harvard universitetinin Kennedi adına dövlət idarəçilik fakültəsində və Stanford hüquq fakültəsində mühazirələr oxumuşdur. O, Braun universitetində və Boston kollecinin hüquq fakültəsində də dərs demişdir.


photo-Cənab səfir diplomat olmağın zövqlü və çətin tərəflərini necə izah edərdi?

- Diplomat olmaq yaxşı işdir, yaxşı peşədir. Əlbəttə, bu işin yaxşı və çətin tərəfləri var. Gedə bilməyəcəyin bir çox yerə diplomat olmaqla səfər etmək şansın olur. Bu, müsbət cəhətdir. Güman edirəm ki, diplomat olmasaydım heç vaxt Azərbaycanda olmazdım. Azərbaycan çox füsünkar, çox fantastik bir yerdir. Burada olmağım, bu ölkəyə səfər etməyim bir fürsətdir.

Bu fürsəti buraxdığım üçün çox peşiman olardım. İş baxımından bu peşənin daşıyıcısının problemləri həll etmək fürsəti var. Onlara insanlar arasında daha yaxşı və daha dərin anlaşma yaratmaq imkanı verir. Ancaq diplomat olmağın çətin tərəfləri də var. Biz diplomatlar daim bir şeyi azlıqda tutmalıyıq və qəbul etməliyik ki, daim müxtəlif  mədəniyytələrlə təmasda oluruq. Bəzən Azərbaycan höküməti bizim razılaşmadığımız mövqe tutanda mən bir anlıq düşünürəm və öz özümə deyirəm ki, Azərbaycan fərqli ölkədir. Buranın fərqli tarixi, fərqli mədəniyyəti var. Bu da Azərbaycanda fərqli baxışların ola biləcəyi deməkdir. Yəni, bu fərqliliklərin olmasını bilmək, bunları qəbul etmək, eyni zamanada bu fərqlilikləri aradan qaldırmağa çalışmaq işin çətin cəhətlərindən biridir.

-Diplomat  olmasaydınız hansı peşənin sahibi olardınız?

- Mənim 43 illik iş təcrübəm var. Diplomat olana qədər bir neçə sahədə çalışmışam. Hüquqşünas olmuşam, biznesdə çalışmışam, bir müddət müəllim kimi fəaliyyət göstərmişəm və sonda diplomat olaraq çalışıram. Bu peşələrin hər birində təxminən eyni vaxt kəsimində fəaliyyət göstərmişəm. Çalışdığım peşələrin içində ən sevdiyim diplomat olmaqır. Seçim qarşısında qalsaydım seçimim diplomat olardı. Fantaziyama görə hansı peşə sahibi olmaq istədiyimi soruşsanız, peşəkar beyzbol oyunçusu olmaq istərdim. Ancaq məndə heç vaxt güclü beyzbol bacarığı olmayıb.

- Beyzbol oyunundan hansı xatirələriniz qalıb yaddaşınızda?

-13 yaşıma qədər çox yaxşı beyzbol oynayırdım. Sonra tədricən bu bacarığım zəifləməyə başladı. 12 yaşıda yerli komandada oynayırdım. Komandamız 46 oyun ardıcıl olaraq qələbə qazanan  komandaya qarşı oynayırdı. Həmin oyunda komandamız qələbə xalını mənim sayəmdə qazandı. Ən xoş, ən yaddaqalan xatirəm budur. Bəlkə də inanmayacaqsınız, amma bu, 56 il əvvəl baş verib.

-Sizin fikrinizcə yaxşı dost necə olmalıdır?

-Yaxşı dost gərək düz danışsın, sözü üzə deyən olsun. Öz sözlərində, hərəkətlərində dürüst olsun. Qayğıkeş olsun, dinləməyi bacarsın.

-Sizin üçün həyatda vacib nüanslar hansılardır?

- Mənim üçün önəmli olan bir neçə məsələ var. Əvvəla hər kəs peşə həyatı ilə ailə həyatında tarazlıq əldə etməlidir. Bizim bəxtimiz gətirib. Həyat yoldaşımla mənim 4 övladımız var. Övladlarımız öz həyatlarını müstəqil şəkildə uğurla davam etdirirlər. Bizim 6 nəvəmiz var. Bu ilin oktyabrında 7-ci nəvəmizi qucağımıza alacayıq. Hesab edirəm ki, ən önəmli məsələ budur. Peşəkar nöqteyi nəzərindən düşünürəm ki, mənim həyatda bəxtim gətirib. Həyatda dörd müxtəlif peşələrdə işləmək şansım olub. İnsanın həyatda bəxtinin gətirməsi onun həyatda nə etməsi ilə bağlıdır. Bəzən insanın qarşısına həyat fürsətlər çıxarır. Önəmlisi budur ki, bu fürsətlərdən lazimi yaralanmaq üçün insanda hissiyat olsun. Digər tərəfdən təhsilin də önəmli olduğunu vurğulamaq istəyirəm. Uğur əldə etmək üçün təhsil vacibdir. Və nəhayət, insanda olmalı ən vacib xüsusiyyət sağlam düşüncə və mühakimə qabiliyyətinin olmasıdır. Sən dünyada  ən ağıllı adam ola bilərsən. Ancaq sağlam düşüncən, sağlam mühakimə qabiliyyətin yoxdursa ağıllı olmağın sənə heç bir faydası olmayacaq.

-Kitablar sizin üçün nə dərəcədə önəmlidir?

-Bu günə qədər çoxlu kitab oxumuşam. Hazırda keçmiş prezident Con Kennedinin atasının Kennedinin bioqrafiyasından bəhs edən kitabı bitirmək üzrəyəm. Həyatımda bu vaxtacan çoxsayda kitab oxumuşam. Kitab çox oxuyuram. Bu çox önəmlidir.

-Dəyərli əşyanız varmı?

-Bir çox əşyanı dəyərləndirirəm. Nə yalan deyim, digər əşyalarımdan ayırıb xüsusi dəyərləndirdiyim bir əşya xatırlamıram. Ailə üzvlərimin fotolarını çox dəyərləndirirəm.

- Çalığşdığınız iş otağınız sizin üçün nə qədər dəyərlidir?

-İş otağımı çox xoşlayıram. Çox yaxşı ofisdir. Dəyirmidir. O, dəyirmi quruluşu ilə digər ofislərdən fərqlənir. Ancaq ofisimə olan münasibətim də cansız əşyalara olan münasibətim eynidir. Onlar mənim üçün o qədər də önəm kəsb etmir. Mənim üçün daha önəmli olan hansı işləri görməyimdir. Yəni, işimin maddi olmayan tərəfləri mənim üçün daha əhəmiyyətliddir. Əlaqələr ofisdən və ya qol saatından daha önəmlidir.

-Sonda Azərbaycanı tək cümlə ilə necə ifadə edərdiniz?

-Azərbaycan – inkişaf üçün böyük potensiala malik, zəngin mədəniyyəti olan, çox istiqanlı, qonaqpərvər  və eyni zamanda ölkənin bütün vətəndaşları üçün ölkəni daha yaxşı etməyə çalışan bacarıqlı insanları olan gözəl bir ölkədir. Deyəsən bir az uzun cümlə oldu (gülür)

P.S texniki səbəblərə görə Səfir Riçard Morningstar öz iş otağında müsahibə verə bilmədi

Tags: ,